Premyer Liqa klubunda ayrılıq rəsmiləşdi - FOTO

12 Noyabr 2024 01:20 Turan 1 316
Premyer Liqa klubunda ayrılıq rəsmiləşdi - FOTO

"Turan Tovuz" baş məşqçi Kurban Berdiyevin köməkçisi Cavid Hüseynovla yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Cavid Hüseynovun "Səbail"in baş məşqçisi təyin olunacağı gözlənilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti