COP29

Bölgədə klub rəhbəri isti qarşıladı, sevincək oldu! - VİDEO

4 Noyabr 20:40 Turan 705
Bölgədə klub rəhbəri isti qarşıladı, sevincək oldu! - VİDEO

Premyer Liqanın 12-ci turunun mərkəzi qarşılaşmasından qol səsi çıxmadı.

Lider “Qarabağ” qonaq olduğu Tovuz səfərində yerli komandanın müqavimətini qıra bilmədi.

“Turan Tovuz”un rəhbərliyinin 90 dəqiqə ərzində necə həyəcan keçirdiyini görməyə dəyərdi.

Media sektorla yanaşı lojada əyləşən klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev siqareti siqaretə calayır, tez-tez yerini dəyişir, hər təhlükəli vəziyyətə reaksiya verirdi.

Rəhbərin futbolla nəfəs alması azarkeşlərin də ürəyincədior. Elə buna görə də oyundan əvvəl yerli azarkeşlər onu coşqu ilə qarşıladı.

Quliyevi tribunada görən mərkəzi sektorlardakı fanatlar üzünü ona tərəf çevirib ayaq üstə alqışladılar. “Ehtiram” və “başqan” şüarlarından qürrələnən iş adamı azarkeşlərə təşəkkür etməyi də özünə borc bildi.

Maraq üçün bildirək ki, “Huner Group”un əsas adamı kimi tanınan Ehtiram Quliyev 2023-cü ilin fevralından “Turan Tovuz”a rəhbərlik edir.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
13 Dekabr 18:10 Çək və bizə göndər!
13 Dekabr 11:20 Bu işdə uğur var!