Azərbaycanın rayon stadionundan heç yerdə görmədiyiniz müdhiş görüntülər - VİDEO

28 Oktyabr 2024 16:40 Turan 1 767
Azərbaycanın rayon stadionundan heç yerdə görmədiyiniz müdhiş görüntülər - VİDEO

“Turan Tovuz” – “Kəpəz” qarşılaşmasında tovuzlu azarkeşlər yenə öz ampluasında idi.

90 dəqiqə sevimli komandalarına dəstək verdilər, rəqib komandanı təzyiq altında saxladılar, ayrı-ayrı epizodlarda hakimlərə narazılıq bildirdilər.

Oyundan əvvəl və fasilə ərəfəsində etdikləri isə sözün əsl mənasında ayaq üstə alqışlanmalı addım idi.

Matç başlamamışdan təxminən yarım saat əvvəl iki azyaşlı uşaq əllərindəki şəkil plakatları ilə mərkəzi tribunaların qarşısından keçərkən stadiona toplaşanlar ayağa qalxdı. Təxminən 1 dəqiqə alqış çalmaqla şəhidlərin ruhuna hörmət nümayiş etdirdilər.

44-cü dəqiqədə 44 günlük müharibədə şəhid olmuş qardaş və bacıların ruhunu əziz tutmaq üçün hamı bir nəfər kimi ayağa qalxıb

“Şəhidlər ölməz, vətən bölünməz” şüarını səsləndirdi ki, bu an tribunalarda şəhid övladları və yaxınları əllərində tutduqları şəkilləri havaya qaldırmaqla müdhiş görüntünün yaranmasına səbəb oldu.

Şəhid və qazilərə xüsusi həssaslıqla yanaşan tovuzlu azarkeşlər oktyabr ayının xüsusi önəm kəsb etdiyini nəzərə alaraq bu ay baş tutan oyunlar zamanı Qarabağ müharibəsini müxtəlif lahiyələrlə yad etməyə çalışır.

Ümid edək ki, digər klubların azarkeş qrupları da buna bənzər görüntülərlə yadda qalmağı bacaracaq.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti