COP29

“Qarabağ”ın qapısını yeni “elçi” döydü - Onu bizə pulsuz verin

6 Sentyabr 13:00 Turan 12 639
“Qarabağ”ın qapısını yeni “elçi” döydü - Onu bizə pulsuz verin

«Qarabağ»ın vingeri Hamidu Keyta yeni dəvət alıb.

«Turan Tovuz» fransalı legionerə təklif göndərib.

Premyer Liqanın lideri onun mümkün keçidiylə bağlı Ağdam təmsilçisi ilə danışıqlara başlayıb. Qərb təmsilçisi ötən ilin yayında «Zirə»dən «Qarabağ»a üz tutmuş və 3 illik müqavilə imzalamış Keytanı pulsuz əldə etmək istəyindədir.

Məlum olduğu kimi, “Qarabağ”ın Avropa Liqası üçün iştirak ərizəsi müəyyənləşib.

Azərbaycan çempionu Liqa mərhələsində istifadə edəcəyi heyəti dünən UEFA-ya göndərib.

Ağdam təmsilçisi yeni transferləri Aleksey Kaşuk və Emmanuel Addaini sifariş eləyib.

Burada 3 futbolçunun adı yoxdur. Bunlar Şahruddin Məhəmmədəliyev, Hamidu Keyta və Redon Cicadır.

Onlar UEFA-nın qoyduğu limitə görə siyahıdan çıxarılıb. Belə ki, qitə futbol qurumu yalnız 23 oyunçunun siyahıda yer almasına icazə verir.

Limit 23+1-dir. Bu səbəbdən həmin oyunçular kənarda qalmalı olub.

Keyta isə daha çox oyun praktikası qazanmaq istəyindədir. O, hələ iyunda bu məqsədlə «Qarabağ»dan ayrılmaq fikrində idi.

Fəqət, baş məşqçi Qurban Qurbanov həmin vaxt Keytanı fikrindən daşındıra bilmişdi.

İndi vəziyyət nisbətən dəyişib və sözləşməsi 2025-ciilin yayında bitəcək hücumameylli cinah yarımmüdafiəçisi anlayır ki, bundan sonra ona daha çətin olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti