Əyalət klubu “Neftçi”dən transfer etdi, uzunmüddətli müqavilə imzaladı

22 Avqust 2024 18:00 Turan 2 467
Əyalət klubu “Neftçi”dən transfer etdi, uzunmüddətli müqavilə imzaladı

Bu gün “Neftçi”dən ayrılan Fərid Yusiflinin yeni komandası müəyyənləşib.

Yarımmüdafiəçi “Turan Tovuz”a üz tutub.

“Neftçi”nin heyətində meydana çıxdığı 4 mövsüm (2020/2021-2023/2024) ərzində 38 rəsmi oyun keçirən gənc futbolçu qərb təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

Yusifli ötən mövsümün ikinci bölümündə də “Turan”ın formasını geyinib. Bakılılar ilin əvvəlində onu icarəyə vermişdisə, budəfəki anlaşma birdəfəlik satış üzərindən daş tutub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti