“Turan Tovuz” cari mövsümə 1 xalla başladı.
Çətin Bakı səfərində 90 dəqiqə çətinliklə üzləşən bölgə təmsilçisi “Neftçi” ilə qarşılaşmada qapısının toxunulmazlığını qorumağı bacardı.
Komandasının ən yaxşılarından olan ispaniyalı yarıımüdafiəçi Alexandro Serrano Sportinfo.az-a açıqlamasında matçı dəyərləndirib:
“Çempionatın ən güclü komandalarından birinə qarşı səfərdə oynayırdıq. Üstəlik, müəyyən dəyişikliklərdən sonra ilk rəsmi matçımız idi.
Meydanın durumu kombinasiyalı oyun qurmağa, düşündüklərimizi ortaya qoymağa imkan vermədi. Buna baxmayaraq, heç-heçə etməyi bacardıq.
Qol imkanlarımızı dəyərləndirə bilsəydik, nəticə fərqli ola bilərdi. İstənilən halda “Neftçi”dən səfərdə alınan 1 xalı yaxşı nəticə kimi dəyərləndirirəm”.
HƏBİB