«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev yeni qərar verib.
O, komandanın fəaliyyət proqramını dəyişdirib.
Bakıda məskunlaşan və burada məşq keçən əyalət təmsilçisi bundan sonra Tovuza 1 gün öncə dönəcək.
Rusiyalı çalışdırıcı bununla bağlı mövqeyini rəhbərliyin diqqətinə çatdırıb. Berdiyev futbolçuların rayonda çox vaxt keçirmək istəmədiyini, orada darıxdığını bildirib.
Ayxan Abbasovun vaxtında belə deyildi: kollektiv yerli azarkeşlərə daha yaxın idi. Onda komanda hər ev oyunundan 2-3 gün öncə Tovuza qayıdır, publika ilə qaynayıb-qarışırdı.
Berdiyev bu təcrübədən imtina etməklə göstərir ki, bu münasibətlərə bir o qədər əhəmiyyət vermir.
SPORTİNFO.AZ