
Hazırlıqlarının 2-ci mərhələsini Türkiyədə davam etdirən "Turan Tovuz" bu gün növbəti yoxlama oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda Türkiyə Superliqası təmsilçisi "Adana Dəmirspor"la qarşılaşıb.
Görüş 3:3 hesabı ilə yekunlaşıb. İlk qolda avtoqol qeydə alınan matçda "Turan Tovuz"un digər qollarını Veysəl Rzayev və Aleks Souza vurub.
Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv daha əvvəl "Pendikspor"la heç-heçə etmişdi (0:0).