Bölgə klubunda həsrət başa çatdı - O, düşərgəyə qayıtdı

19 İyul 2024 22:20 Turan 1 318
Bölgə klubunda həsrət başa çatdı - O, düşərgəyə qayıtdı

"Turan Tovuz"dan ayrılacağı gözlənilən Roderik Miller nəhayət klubun düşərgəsinə qoşulub.

Panama millisinin üzvü bir neçə klubdan yaxşı təkliflər almışdı. Və özü də buradan getməkdə maraqlı idi.

Görünür, mövsümün sonuna kimi bölgə klubu ilə müqaviləsi olan arxa xətt oyunçusunun daha çox qazanmaq həvəsilə klubdan ayrılmaq istəyi baş tutmayıb.

O, dünəndən Kurban Berdiyevin sərəncamındadır.

Uzun yol qət etməsini nəzərə alan təcrübəli mütəxəssis Türkiyə toplanışının ilk sınaq matçında da Millerə istirahət fürsəti verib.

Tovuz təmsilçisi iyunun 24-də yeni mövsümün çalışmalarına start verib, o isə millinin heyətində Amerika Kubokuna yollanmışdı.

32 yaşlı əcnəbi ötən ilin martından "Turan Tovuz" forması geyinib.

O, burada meydana çıxdığı 35 matçda 6 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti