Azərbaycan klubunun kapitanı məşhur sima barədə danışdı

12 İyul 2024 21:20 Turan 1 070
Azərbaycan klubunun kapitanı məşhur sima barədə danışdı

“Kəpəz”lə yoldaşlıq görüşündən dərhal sonra iki günlük istirahətə buraxıldıq. Ardınca Türkiyəyə yola düşəcəyik”.

“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev Sportinfo.az-a açıqlamasında yeni baş məşqçinin rəhbərliyi altında keçirilən təlim-məşq toplanışına münasibət bildirib.

“Turan Tovuz” Qəbələdəki toplanışı başa vurmaqla hazırlıq mərhələsinin birinci mərhələsini yüekunlaşdırdı.

Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv bu dönəmdə “Şəmkir” üzərində 13:0 hesabı ilə qələbə qazandı, Premyer Liqadakı rəqibi “Turan Tovuz”u 4:0 hesabı ilə məğlub etdi.

Təcrübəli müdafiəçi Kurban Berdıyevin məşqlərindən söz açmaqla yanaşı, hazırlıq mərhələsi barədə nikbin danışıb:

“Bu dəfəki toplanış əsasən fiziki gücün artırılmasına hesablanmışdı deyə, fiziki yüklənmələr çox oldu.

Hər gün ağır və intensiv məşqlərdə məşqçilər heyətinin tapşırıqlarını yerinə yetirməyə çalışırdıq. Yüklənmələrin fonunda iki yoldaşlıq görüşü keçirdik".

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti