Azərbaycan klubu 35 yaşlı braziliyalı ilə 1+1 illik müqavilə bağladı

2 İyul 2024 00:40 Turan 1 115
Azərbaycan klubu 35 yaşlı braziliyalı ilə 1+1 illik müqavilə bağladı

"Turan Tovuz" Kristian da Silvanı transfer edib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı braziliyalı oyunçu ilə 1+1 illik müqavilə bağlanıb.

Son olaraq “Sabah”ın şərəfini qoruyan yarımmüdafiəçi karyerası ərzində Braziliyada “Tuna Luso”, “Qoiatuba”, “Anapolis”, Kiprdə APOEL, Rumıniyada ÇFR, Portuqaliyada “Nasional”, “Pasuş de Ferreyra”, “Feyrense”, “Kasa Pia”, “Koimbra” klublarının formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
6 Noyabr 18:10 Çək və bizə göndər!