Berdiyev Bakıda bu şəxsi otelə çağırdı, təklif etdi ki…

25 İyun 2024 19:20 Turan 4 002
Berdiyev Bakıda bu şəxsi otelə çağırdı, təklif etdi ki…

Bu gün «Turan Tovuz»la 2+1 illik müqavilə imzalayan Kurban Berdiyev hazırda Bakıdadır.

Türkmən kökənli baş məşqçi burada Cavid Hüseynovla görüşüb.

Tərəflər şəhərdəki otellərdən birində bir araya gəlib. Rusiyalı mütəxəssis «Cəbrayıl»ın çalışdırıcısı ilə 1 saatdan artıq müddətdə söhbətləşib, ona öz təklifini edib.

Təklif sadədir - gəl, «Turan»da mənim köməkçim ol!

Hüseynov çağırışa maraq göstərib, bununla belə, yekun fikrini söyləməsi üçün Berdiyevdən qısa vaxt istəyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 18:10 Çək və bizə göndər!
22 Avqust 08:20 Liqada ilk təyinatlar