Azərbaycan klubu Moskva “Spartak”ında yetişən qapıçını transfer etdi

25 İyun 2024 19:40 Turan 1 962
Azərbaycan klubu Moskva “Spartak”ında yetişən qapıçını transfer etdi

"Turan Tovuz" rusiyalı qapıçı İvan Konovalovu transfer edib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Vaxtilə Rusiyanın U-21 millisinin də şərəfini qorumuş qapıçı ilə "1+1" illik müqavilə bağlanıb.

Moskva “Spartak”ının yetirməsi olan 29 yaşlı qolkiper Rusiyada “Amkar”, “Rubin”, “Ural”, “Baltika” ilə yanaşı, Serbiyada “Radniçki”, “Baçka”, Belarusda “Torpedo”, Qazaxıstanda “Tobol”, Şotlandiyada isə “Livinqston” klublarının formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
6 Noyabr 18:10 Çək və bizə göndər!