COP29

"O, işini Azərbaycanda davam etdirəcək, bizimlə yaxşı-yaxşı sağollaşdı"

24 İyun 08:40 Turan 484
"O, işini Azərbaycanda davam etdirəcək, bizimlə yaxşı-yaxşı sağollaşdı"

"Dinamo"nun (Mahaçqala) baş direktoru Şamil Qazizov komandanın keçmiş baş məşqçisi, tezliklə “Turan-Tovuz”a rəhbərlik edəcək Kurban Berdıyevlə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, “Sport Ekspress”ə danışan klub rəhbəri bunları deyib:

"Berdiyevin bizimlə iş prosesi başa çatdı. O, işini Azərbaycanda davam etdirəcək.

Bizimlə yaxşı-yaxşı sağollaşdı və mükafatlandırma mərasimində respublikamızın rəhbəri tərəfindən “Dağıstan Respublikasının əməkdar məşqçisi” mükafatını aldı.

Berdiyevlə ayrılmırıq, daim əlaqədəyik. İrəliləməyə davam edirik. Bizimlə böyük təcrübəsi ilə bölüşdüyü üçün Kurban Bekieviçə təşəkkür edirəm".

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 16:10 Çək və bizə göndər!
15 İyul 03:50 Milyonda bir şans...
15 İyul 03:00 Azərbaycani 4-cü oldu