Tanınmış məşqçini göz yaşları içində Azərbaycana yola saldılar…

24 İyun 2024 00:50 Turan 2 788
Tanınmış məşqçini göz yaşları içində Azərbaycana yola saldılar…

Mahaçqala “Dinamo”su buna qədər klubda prezidentin müşaviri postunu tutan Kurban Berdıyevlə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı açıqlamada “Turan Tovuz”un baş məşqçisi təyin olunan 71 yaşlı mütəxəssisə yeni işində uğurlar arzulanıb:

“Biz sizə böyük təşəkkürümüzü bildiririk, Kurban Bekieviç! Siz “Dinamo”ya tarixində ilk dəfə elit diviziona yüksəlməkdə kömək oldunuz.

Siz bizim oyunçularımızı inkişaf etdirdiniz, onlara çox şey öyrətdiniz. Əks halda uğur qazanmaq mümkün deyildi.

Ayrıca uşaq-gənclər futbolunun inkişafında gördüyünüz işlər üçün sizə minnətdarıq. Yeni klubunuzda sizə uğurlar arzulayırıq”.

Berdıyev “Turan Tovuz”la 2+1 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 18:10 Çək və bizə göndər!
22 Avqust 08:20 Liqada ilk təyinatlar