COP29

Azərbaycan klubu 71 yaşlı baş məşqçi ilə 2+1 illik müqavilə imzaladı

22 İyun 22:20 Turan 1 085
Azərbaycan klubu 71 yaşlı baş məşqçi ilə 2+1 illik müqavilə imzaladı

Kurban Berdıyev “Turan Tovuz”un baş məşqçisi təyin olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun idman direktoru Səməd Nəsibov sport24.ru-ya açıqlamasında deyib. O, 71 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzaladıqlarını bildirib.

“Dünən axşam Kurban Berdıyev Bakıya gəldi və bu gün onunla müqavilə imzaladıq. Hər şey qaydasındadır, danışıqlar tez və yaxşı keçdi.

Əvvəlcə bu mütəxəssisi daha bir mövsüm uzatmaq imkanı ilə bir illik müqavilə imzalamaq istəyirdik. Amma danışıqlar və nüansların müzakirəsi zamanı biz müqavilənin şərtlərini dəyişdik.

“Turan” Kurban Berdıyevin işini izlədi və klubumuz başa düşdü ki, bu mütəxəssislə uzunmüddətli layihə qurmaq olar. Berdıyevin adı və təcrübəsi rol oynadığından yekun müqavilə 2+1 sistemi ilə bağlanıb".

S.Nəsibov bildirib ki, böyük bir layihə qururlar:

"Kurban Berdıyevin qarşısına çoxlu məqsəd qoymuşuq. Birincisi, komandanın Azərbaycan çempionatında uğurlu çıxışı və Konfrans Liqasına vəsiqə qazanması.

Məşqçi akademiyamızla işləməyə xüsusi diqqət yetirəcək. Berdıyev bizə yeni klub qurmağa və komandamızın gələcək uğurları üçün yaxşı zəmin yaratmağa kömək edəcək".

K.Berdıyev Mahaçqala "Dinamo"sunun klub prezidentinin müşaviri vəzifəsində çalışırdı.

Digər Xəbərlər
Xəbər Lenti