Berdiyev I Liqa klubunun ikinci qapıçısını "Turan"a gətirdi - SON DƏQİQƏ

21 İyun 2024 09:40 Turan 7 634
Berdiyev I Liqa klubunun ikinci qapıçısını "Turan"a gətirdi - SON DƏQİQƏ

«Turan Tovuz»un yeni baş məşqçisi Kurban Berdiyev ilk transferini edib.

Qərb klubunu çalışdırmağa razılıq verən rusiyalı mütəxəssis bu işə qapı xəttindən başlayıb.

Türkmən kökənli mütəxəssisin birinci seçimi Sergey Samok olub.

Son mövsümü KAMAZ-da keçirən kiper Rusiyanın birinci liqa təmsilçisində özünü göstərmək üçün çox şans əldə etməyib. 2001-ci il təvəllüdlü «əlcək sahibi» əsasən ehtiyatda qalıb.

«Turan» bu yayın əvvəlində 3 qapıçısını itirib. Kamal Bayramov «Şamaxı»nın yolunu tutubsa, Aydın Bayramov «Zirə», Tərlan Əhmədli «Araz-Naxçıvan»la anlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 18:10 Çək və bizə göndər!
22 Avqust 08:20 Liqada ilk təyinatlar