COP29

Yenidən doğma rayonun komandasına qayıdır

22 İyun 23:40 Turan 1 654
Yenidən doğma rayonun komandasına qayıdır

"İmişli"dən ayrılan növbəti futbolçu Mehman Hacıyev olub.

"Turan Tovuz"a məxsus olan qolkiper son mövsümü icarə əsasında Birinci Liqa təmsilçisində keçirmişdi.

29 yaşlı çərçivə qoruyucusu yenidən ona doğma olan rayonun komandasında çıxış edə bilər.

Qərb təmsilçisi təcrübəli qapıçıya ehtiyat oyunçu gözü ilə baxır.

Əslən Tovuzdan olan Mehman "Turan Tovuz" Birinci Liqada çıxış etdiyi dönəmdən bu klubda çıxış edir.

Onun Premyer Liqada cəmi 2 oyunluq təcrübəsi var.

Bu matçlar da ötən mövsüm baş tutan "Sabah" və "Zirə" matçlarına təsadüf edir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti