COP29

Premyer Liqa klubunun yeni baş məşqçisinin Azərbaycana gəlişi ertələndi

17 İyun 15:15 Turan 2 766
Premyer Liqa klubunun yeni baş məşqçisinin Azərbaycana gəlişi ertələndi

«Turan Tovuz»un yeni baş məşqçisi Kurban Berdiyevin Azərbaycana gəliş tarixi dəyişib.

O, əvvəlcədən xəbər verildiyi kimi, bu gecə Bakıda olmayacaq.

Əslən Türkmənistandan olan rusiyalı çalışdırıcının ölkəmizi səfəri ertələnib. «Rubin»də məşhurlaşmış mütəxəssis bura iyunun 21-də təşrif buyuracaq.

Yubanmanın səbəbi Mahaçqala «Dinamo»su ilə əlaqədardır.

Belə ki, yanvarda baş məşqçi postundan istefa verən və Dağıstan klubunda prezidentin müşaviri kimi qalan Berdiyev hələ orada bütün işlərini tam yoluna qoya bilməyib.

«Dinamo»dan ayrılığın hüquqi proseduru olaraq bəzi sənədlərə imza atması qalıb və onları da ayın 21-dək həll etməsi gözlənilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti