Tanınmış baş məşqçi bu tarixdə Azərbaycan klubu ilə müqavilə bağlayacaq

16 İyun 2024 02:10 Turan 1 727
Tanınmış baş məşqçi bu tarixdə Azərbaycan klubu ilə müqavilə bağlayacaq

"Turan-Tovuz”un vitse-prezidenti Əli Balakişiyev Kurban Berdıyevin komandanın yeni baş məşqçisi olacağını təsdiqləyib.

Sportinfo.az "РИА Новости" agentliyinə istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssisin iyunun 18-də Bakıya gələcəyi gözlənilir.

İddiaya görə, Berdıyev məhz həmin gün “Turan Tovuz”la müqavilə imzalayacaq. Tanınmış mütəxəssis hazırda "Dinamo” (Mahaçqala) klubunun prezidentinin müşaviri vəzifəsində işləyir.

Bundan əvvəl isə o, komandanın baş məşqçisi vəzifəsində çalışıb.

Kurban Berdıyev “Kayrat”, “Gənclərbirliyi”, “Rubin”, “Rostov”, “Traktor”, “Soçi”də baş məşqçi olub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 18:10 Çək və bizə göndər!
22 Avqust 08:20 Liqada ilk təyinatlar