Azərbaycan klubunda daha bir futbolçunun taleyinə aydınlıq gəldi

10 İyun 2024 23:20 Turan 1 438
Azərbaycan klubunda daha bir futbolçunun taleyinə aydınlıq gəldi

"Turan Tovuz" daha bir futbolçu ilə anlaşma əldə edib.

Söhbət komandanın müdafiəçisi Eltun Turabovdan gedir.

27 yaşlı arxa xətt oyunçusu ilə başa çatan müqavilə bir illik uzadılıb.

Gənclər millimizin sabiq üzvü 2022-ci ilin yayından Tovuz təmsilçisinin şərəfini qoruyur.

O, arxada qoyduğumuz mövsüm bir oyunda da forma şansı qazanmayıb.

Buna səbəb Gürcüstanda doğulan sabiq milli üzvünə yerli pasportun verilməməsi olub.

Artıq problem bu ilin əvvəli öz həlini tapıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Dekabr 18:10 Çək və bizə göndər!
19 Dekabr 11:10 UEFA-dan AFFA-ya məktub
19 Dekabr 03:10 Azərbaycanda 12:2