Bölgə klubu "Sabah"ın qapısını döydü, kömək istədi

12 İyun 2024 22:20 Turan 2 220
Bölgə klubu "Sabah"ın qapısını döydü, kömək istədi

Bakıda keçiriləcək "COP-29" tədbiri ilə bağlı Bakı Olimpiya Stadionu (BOS) klublarımızın üzünə bağlanacaq.

BOS-dan aktiv istifadə edən klublar sırasında olan "Turan Tovuz" indidən alternativ məşq meydançası axtarışına çıxıb.

Bu məqsədlə klub rəhbərliyi ilk olaraq "Sabah"ın qapısını döyüb.

Tərəflər razılaşa bilsə, Qərb təmsilçisi qarşıdakı mövsüm həftəiçi hazırlığını Masazırda keçəcək.

"Turan" rəhbərliyinin bu məsələdə tələsməsi səbəbsiz deyil.

Hazırda boş qalan baş məşqçi postuna namizədlərlə söhbətdə əsas müzakirə olunan mövzulardan biri kollektivin il ərzində oyunlara harada hazırlaşacağıdır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!