COP29

"Turan"da müəmma davam edir - Ayxan Abbasov getdi, bəs indi?

14 İyun 23:20 Turan 1 697
"Turan"da müəmma davam edir - Ayxan Abbasov getdi, bəs indi?

Ayxan Abbasovun "Turan Tovuz"un baş məşqçisi olan zaman ən çox təndiq olunduğu məsələlərdən biri yerli futbolçularla bağlı idi.

Yerli publika hər fürsətdə çalışdırıcının tovuzlu futbolçuları kluba dəvət etməməsini irad kimi səsləndirir, məşqçinin üzərində təzyiq yaradırdılar.

Bilə-bilə ki, Ayxan Abbasovun "Turan"a gəldiyi ilk günlərdən danışdığı futbolçular arasında tovuzlular yer almış, amma bəziləri ilə müəyyən səbəbdən anlaşma imzalamaq mümkün olmamışdı.

Bu da futbolda normal olacaq haldı. Bunu görə nə məşqçini, nə futbolçunu çarmıxa çəkməyə ehtiyac yoxdur.

Maraqlıdır, israrla tovuzlu futbolçuların "Turan"da olmamasının günahkarı kimi Ayxan Abbasovu göstərənlər indi hardadır?

Bölgə klubu artıq 10-a yaxın futbolçu ilə yeni müqavilə imzalayıb.

Ən azı bu sayda oyunçu ilə isə danışıqlar aparılır.

Amma arasında 1 tovuzlu yoxdur.

Bu gün Amil Yunanov və Vurğun Hüseynovun "Kəpəz"lə müqaviləsi başa çatıb.

Cavid Tağıyev, Elvin Məmmədov sərbəst futbolçudur.

Hər birinin yaxşı karyerası olub, bu gün bəlli bir yaşa çatıblar.

Hər komandanın belə təcrübəli adlara ehtiyacı var.

Vurğun, Elvin oynayan məşqçi kimi də doğma rayonun komandasına dəvət oluna və burada karyeralarına vida edə bilərlər.

Aralarında ən formada olanı isə Yunanovdur. Yerli futbolçu qıtlığı yaşandığı dövrdə belə forvard göydəndüşmə sayıla bilər.

Tutaq ki, dünənə kimi Ayxan Abbasov onların önünü kəsirdi, bəs bu gün tovuzlu futbolçuların "Turan" formasını geyinməsinə mane olan nədir/kimlərdir?

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti