COP29

Tələbi gözlənilməz oldu - Dörd min dollar artıq verin, geri qayıdım

9 İyun 12:20 Turan 9 511
Tələbi gözlənilməz oldu - Dörd min dollar artıq verin, geri qayıdım

Gələn mövsüm avrokuboklara vəsiqə uğrunda mübarizə aparmağı qarşısına məqsəd qoyan «Turan Tovuz» bir-birinin ardınca müqavilələr imzalayır.

Qərb klubu ilk növbədə ötənilki heyətdə yer alanları düşərgəsində saxlamaq istəyir.

Bunu açıqlanan siyahıdan da görmək mümkündür - kontrakta imza atanların hamısı, belə deyək, köhnələrdir.

Tovuz təmsilçisinin rəhbərliyi onlara kifayət qədər yaxşı tanış olan başqa simaları da bir daha burada görmək istəyir.

Lakin Roderik Miller kimi, Denis Marandiçi də öncəki şərtlərlə geri dönmək niyyətində deyil. Moldovalı müdafiəçi maaşının 6000 dollardan 10000 dollara qaldırılmasını tələb edib.

Ölkəsinin əsas yığmasının da formasını geyinən cinah oyunçusu başqa təkliflər aldığını, bu üzdən, ən yaxşı şərtlər irəli sürən tərəfi seçəcəyini bildirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti