Bu klub "Neftçi"nin bombardiri üçün HƏRƏKƏTƏ KEÇDİ

7 İyun 2024 13:00 Turan 4 713
Bu klub "Neftçi"nin bombardiri üçün HƏRƏKƏTƏ KEÇDİ

"Turan Tovuz" transfer çalışmalarını davam etdirir.

Ötənilki heyətdən olan futbolçuların əksəriyyəti ilə müqavilələri artıran Qərb təmsilçisi indi isə diqqətini digər transferlərə ayırıb.

Artıq danışıqların start götürdüyü bir neçə oyunçu da var.

Siyahının başında isə Rəhman Hacıyev gəlir.

Bölgə klubu "Neftçi"nin yarımmüdafiəçisi ilə yaxından maraqlanır.

Ötən ay müqaviləsi başa çatan təcrübəli futbolçu arxada qalan mövsüm 7 qolla "Neftçi"nin bombardiri olub.

Tərəflər ortaq məxrəcə gələ bilsə, 30 yaşlı futbolçu yeni mövsümü doğma rayonun komandasında keçirəcək.

Əslən tovuzlu olan orta sahə oyunçusu "Bakı" klubunun yetirməsidir.

Milli komandamızın üzvü ölkəmizdə "Sumqayıt", "Keşlə" və Türkiyədə "Qaziantep", "Altay" klublarında çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM