Azərbaycanın sevilən klub rəhbərinə AÇIQ MƏKTUB

6 İyun 2024 21:20 Turan 1 417
Azərbaycanın sevilən klub rəhbərinə AÇIQ MƏKTUB

Ayxan Abbasovun gedişindən sonra “Turan Tovuz”da baş məşqçi postu boş qalıb.

Zaman keçir, vaxt azalıq, vakant vəzifəyə müxtəlif adlar çəkilir, lakin hələ də yekun nəticə hasil olmayıb.

Təzə-təzə yerli məşqçilər namizəd göstərilirdi. İndi isə, deyilənə görə, ölkə xaricindən baş məşqçi gətirmək istəyirlər.

Klubun sponsor adamı Ehtiram Quliyevin yaxın ətrafı ona əcnəbi mütəxəssislə çalışmağın və nəticə qazanmağın asan yol olduğunu çatdırmağa çalışır.

Hər halda mətbuata sızan informasiya bu cürdür. Belədirsə, “Huner Group”un rəhbər şəxsi bu fikri yaxına buraxmamalıdır.

Niyə?

Əvvəla ona görə ki, “Turan Tovuz” bu gün infrastruktur baxımından əziyyət çəkir. Əsas komandanın məskunlaşmağa peşəkar səviyyədə yeri yoxdur.

Meydança problemi hələ də davam edir. Bütün yaş qruplarından ibarət komandalar eyni qazonda məşq edir.

Bu və sadalamadığımız digər problemlər varkən əcnəbi mütəxəssis gətirməyin yeri yoxdur.

Həmin şəxs gəlib real durumla tanış olan kimi nöqsanları əlindən bayraq edəcək. Və sabah uğursuzluq fonunda şəraitsizlikdən şikayətlənəcək. “Turan” ilk növbədə klub olaraq ideal vəziyyətə gətirilməli, ondan sonra böyük planlar qurulmalıdır.

Digər önəmli məqam tovuzlu azarkeşlərin tələbkarlığıdır. Son 2 ildə ürəyi futbolla döyünən yerli futbolsevərlərin nə dərəcədə tələbdar olduğuna canlı şahidlik etdik.

Ayxan Abbasov kimi səbrli adam və yerli mütəxəssis statusu daşıyan biri bəzi anlarda yerli publikanın öhdəsindən gələ bilmirdi. Adamlar nəticə ilə yanaşı baxımlı futbol tələb edirlər.

Əcnəbi mütəxəssis gələn kimi azarkeşlər ondan nəticə tələb edəcəklər. O, isə zamana ehtiyac duyduğunu deyərək vaxt qazanacaq. Və bu məqam səbrsiz tovuzlu fanatlarla xarici çalışdırıcı arasında intriqaların yaranmasına zəmin yaradacaq. Belə olduğu bundan komanda əziyyət çəkəcək.

Uzağa getməyək, son 10 ildə Qurban Qurbanov, Samir Abasov, Azər Bağırov, Elmar Baxşıyev, Adil Şükürov, Ayxan Abbasov kimi yerli məşqçilər Azərbaycan səviyyəsində (Qurban Qurbanov istisnadır – H.) uğur və titul qazanmağın mümkünlüyünü sübut edib.

Yerli məşqçilərə verilən vaxt və böyük maliyyə əksər vaxtlarda özünü doğrultmayıb. Odur ki, futbol aşiqi olan Ehtiram bəy əcnəbi məşqçi ideyasını yaxına buraxmamalı, hər bir halda seçimi azərbaycanlı mütəxəssislərin arasından etməlidir.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti