«Turan Tovuz» yeni baş məşqçi təyinatını gerçəkləşdirməyə tələsir.
Ötən həftə Ayxan Abbasovla yolları ayıran qərb klubu sürpriz ismə dəvət göndərib.
Əyalət təmsilçisinin təklif göndərdiyi şəxs kim olsa yaxşıdır?
Bəli, onun adı artıq bizə bəllidir. Bu, Şota Arveladzedir.
Gürcünün son iş yeri Türkiyə olub. Ötən ilin axırında «Fatih Karagümrük»ün sükanı arxasına keçən Şota bugünlərdə buradan ayrılıb.
Çünki komanda Super Liqada yerini itirib və I Liqaya yuvarlanıb.
«Turan» 51 yaşlı çalışdırıcıya 2 illik müqavilə təklif eləyib.
SPORTİNFO.AZ

