Şef tapşırdı - Komandanı rayona qaytarın, büdcəyə qənaət edin

5 İyun 2024 21:00 Turan 1 616
Şef tapşırdı - Komandanı rayona qaytarın, büdcəyə qənaət edin

«Turan Tovuz» yeni mövsümdən doğma rayonda məskunlaşa bilər.

Bu, İdarə Heyətinin sədri Ehtiram Quliyevin istəyidir.

Klubun rəhbəri 1 illik fasilədən sonra komandanın öz bazasında yığışmasına dair göstəriş verib.

O, idarəçilərlə söhbətində bildirib ki, Bakıda keçirilən məşqlər və futbolçulara qalmaqaları üçün ödənilən kirayə pulu büdcədə mühüm yer tutur və vəsaitə qənaət etmək lazımdır.

Sədr deyib ki, Tovuzda mövcud olan baza ilə kifayətlənmək və yerli futbolsevərlərlə daha yaxın münasibət qurmaq gərəkdir.

«Turan» Premyer Liqaya qayıdışının ilk 2 ilini geridə qoyub. Kollektiv ilk sezonda doğma rayondan kənara çıxmamışdısa, bugünlərdə yola saldığımız növbəti «futbol ili» fərqli oldu.

Paytaxtda məskunlaşaraq, yalnız ev oyunlarından 2-3 gün əvvəl Tovuza dönürdülər. Bu da futbolçuların istəyi idi.

Çünki legionerlər başda olmaqla, komandanın əksər üzvləri Tovuzda yaşamağın onlara darıxdırıcı gəldiyini deyirdilər.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti