"Turan Tovuz"da vacib iclas - Yeni baş məşqçi kim olacaq?

5 İyun 2024 15:00 Turan 3 275
"Turan Tovuz"da vacib iclas - Yeni baş məşqçi kim olacaq?

Ayxan Abbasovun gedişindən sonra "Turan Tovuz"da bir sakitlik hökm sürürdü.

Dünən axşamdan isə sükut tədricən pozulmaqdadır.

Öncə Şəhriyar Əliyev və Aleks Souza ilə əməkdaşlığın davam etdiriləcəyi elan olundu.

Bu gün səhər isə siyahı Emmanuel Hakmanla genişləndi.

Bölgə klubunda vacib görüş keçirilməsi də bu gün üçün nəzərdə tutulub.

İdarə Heyətinin sədri Ehtiram Quliyev üzvləri bir araya gətirəcək.

Yaxın saatlarda başlayacaq yığıncaqda bir çox mühüm qərarların verilməsi planlaşdırılır.

Təbii ki, azarkeşləri əsas intizarda saxlayan məsələ baş məşqçinin kim olacağıdır.

Bununla bağlı yekun qərarın da bu gün Quliyev tərəfindən açıqlanacağı ehtimal edilir.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti