COP29

Əcnəbi müdafiəçinin Azərbaycan klubundan 10 min dollarlıq TƏLƏBİ

15 İyun 23:40 Turan 2 268
Əcnəbi müdafiəçinin Azərbaycan klubundan 10 min dollarlıq TƏLƏBİ

"Turan Tovuz"da yeni baş məşqçinin kimliyi bilinməsə də, klubda yeni mövsümə hazırlıq davam edir.

Artıq Şəhriyar Əliyev, Emmanuel Hakman və Aleks Souza ilə yeni anlaşma əldə olunub.

Klub rəhbərliyinin düşərgədə qalmasını istədiyi futbolçulardan biri də Denis Marandiçidir.

Müqaviləsi başa çatan Moldova millisinin üzvü ilə danışıqlar heç də asan keçmir.

Buna səbəb cinah müdafiəçisinin yüksək maaş istəyidir.

Söhbət onun aylıq 10 min dollar tələbindən gedir.

Əgər tərəflər ortaq nöqtəyə gələ bilsələr 27 yaşlı müdafiəçi ilə 2 illik anlaşma imzalanacaq.

Denis Marandiçi arxada qalan mövsüm "Turan Tovuz" formasında meydana çıxdığı 33 matçda 1 qol, 4 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti