COP29

Klub rəhbərini səxavətli davranmağa vadar edən İKİ SƏBƏB

10 İyun 16:00 Turan 670
Klub rəhbərini səxavətli davranmağa vadar edən İKİ SƏBƏB

"Turan Tovuz"un rəhbəri Ehtiram Quliyevin atdığı son addım diqqətdən qaçmayıb.

Baş məşqçi Ayxan Abbasovun klubdan ayrılmasından sonra futbolçuların da kütləvi gedişi yaşanırdı.

Tərlan Əhmədli, Aydın Bayramov, Kamal Bayramov və Fərid Nəbiyevin ardınca digər yerlilər də başqa klublarla anlaşma imzalamağa yaxın idi.

Yerli futbolçuları saxlamağın çətinliyini anlayan Quliyev yeni qərar qəbul etmək məcburiyyətində qalıb.

O, getmək qərarı verən azərbaycanlı uşaqlara yeni anlaşma təklif edib.

Həm də kifayət qədər yaxşı şərtlərlə.

Onların Tovuzda qalması üçün pul kisəsinin ağzı açılıb, dəyərindən artıq maaşlar təqdim olunub.

Yalnız bununla "köç karvanı"nın qarşısı alınıb.

Qısası, klub adına xoş olmayan mənzərənin qarşısını pul gücünə dayandırıb.

Ehtiram bəyin səxavətli davranmasını şərtləndirən bir başqa məqam da olub.

Bildiyiniz kimi, "Şamaxı" Ayxan Abbasovla anlaşmağa yaxındır.

Belədə bir çox tovuzlu futbolçunun onun yanına gedəcəyi gün kimi aydın idi.

Klubdan əldə etdiyimiz məlumata görə, Ehtiram bəy atdığı son addım həm də bunun qarşısını almağa, səbəbsiz yerə yolları ayırdığı çalışdırıcının digər bölgə klubunda əlini zəiflətməyə hesablanıb.

Əks halda, qarşısına növbəti mövsüm avrokuboklara getmək məqsədi qoyan klub aşağı səviyyəli futbolçulara niyə milyonlar xərcləsin ki?

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"