Dostları klub sahibinə 20 baş məşqçinin adını verdi

4 İyun 2024 19:40 Turan 2 202
Dostları klub sahibinə 20 baş məşqçinin adını verdi

«Turan Tovuz»un yeni baş məşqçisi əcnəbi ola bilər. Ayxan Abbasovla yolları ayıranqərb klubu hazırda əcnəbi namizədləri tək-tək «süzgəc»dən keçirir. Bu işdə Ehtiram Quliyevin dostları fəallıq göstərir. Onlar İdarə Heyətinin sədrinə artıq 20-dən artıq mütəxəssis barədə məlumat təqdim ediblər. Həmin çalışdırıcıların mütləq əksəriyyəti Türkiyədəndir.
“İyunun axırına qədər yeni baş məşqçi məsələsini yekunlaşdırmalıyıq. Ancaq rəsmiləşməmiş kiminsə adını çəkmək düzgün olmaz”.
Bunu "report"a açıqlamasında "Turan Tovuz"un idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov deyib.
O, hazırda "Turan Tovuz" üçün baş məşqçi axtarışında olduqlarını söyləyib: "Hələ heç kimlə razılaşmamışıq. Amma danışıq apardığımız məşqçilər var".
Klub rəsmisi komandanın iyunun sonu, iyulun əvvəlində yığışacağını da vurğulayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 18:10 Çək və bizə göndər!
22 Avqust 08:20 Liqada ilk təyinatlar