"Turan Tovuz"da Ayxan Abbasovun gedişindən sonra boş qalan posta axtarışlar davam edir.
Aftandil Hacıyevin bölgə klubundan aldığı təklifə yox deməsindən sonra digər namizədlər arasında daha çox şanslı göstərilən şəxs Adil Şükürovdur.
"Kəpəz"in çalışdırıcısı Sportinfo.az-a açıqlamasında adının "Turan"la hallanmasını şərh edib:
"Mənim hazırda "Kəpəz"la müqaviləm var. Hər zaman demişəm ki, müqaviləm varsa, klub rəhbərliyinə müraciət olunmalıdır.
Əgər müraciət olarsa, ondan sonra oturub nəyisə müzakirə etmək olar. Hazırkı məqamda isə mənimlə heç bir danışıq olmayıb".
XANOĞLAN

