“Pis olmadı, amma fikrimcə, daha yaxşısını edə bilərdik”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev deyib.
32 yaşlı müdafiəçi lideri olduğu komandası üçün mövsümü dəyərləndirib:
“Hansısa məqamlarda hər birimiz kobud səhvlərə yol verdik. Bəzi matçlarda itirdiyimiz vacib xallar olmasaydı, avrokuboklara vəsiqə üçün sona qədər mübarizə apara bilərdik.
Daha yaxşı olmaq üçün vacib anlarda diqqətli olmalıyıq”.

