Baş məşqçini göndərdilər, o da yeni müqavilə imzalamadı - Qardaşının yanına gedir

31 May 2024 14:40 Turan 1 910
Baş məşqçini göndərdilər, o da yeni müqavilə imzalamadı - Qardaşının yanına gedir

Ayxan Abbasovu istefaya göndərən «Turan Tovuz» rəhbərliyi çıxılmaz vəziyyətlə üzləşib.

Baş məşqçinin gözlənilmədən postundan uzaqlaşdırılması futbolçuların bir-birinin ardınca düşərgəni tərk etməsinə səbəb olub.

Artıq onların sırasına Fərid Nəbiyev də daxildir. Keçən ilin yayında «Kəpəz»dən gələn yarımmüdafiəçi Tovuz təmsilçisi ilə yeni müqavilə imzalamaqdan boyun qaçırıb.

25 yaşlı orta sahə oyunçusuna hazırda bir neçə təklif var.

Fəridlə anldaşmağa ən real namizəd isə «Səbail»dir. Hər halda qardaşı Yusif Nəbiyev də ötən ildən burada çıxış edir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti