Ayxan Abbasovun gedişindən sonra “Turan Tovuz”da ayrılıqlar bir-birini əvəzləməkdədir.
Tərlan Əhmədli və Aydın Bayramovun ardınca Şəhriyar Əliyev də bölgə klubunu tərk etməyə yaxındır.
Vitse-kapitanın xidmətində maraqlı olan 3 Premyer Liqa klubu var.
Təcrübəli futbolçu qərar verməyə tələsmir.
Azərbaycan millisinin sabiq üzvü başa çatan mövsüm forma geyindiyi 25 qarşılaşmada 1 qol, 1 asistlə yadda qalıb.
31 yaşlı futbolçu 2022-ci ilin yayından Tovuz təmsilçisinin formasını geyinir.
“Bakı”nın yetirməsi daha əvvəl “Qarabağ”, “Sumqayıt”, “Kəpəz” və “Keşlə” (indiki “Şamaxı”) klublarında çıxış edib.
XANOĞLAN / SPORTİNFO.AZ

