COP29

"Onun əziyyəti burnunuzdan gəlsin!" - SƏRT ETİRAZ

9 İyun 16:30 Turan 4 066
"Onun əziyyəti burnunuzdan gəlsin!" - SƏRT ETİRAZ

"Turan Tovuz" Ayxan Abbasovla yolları ayırmağa qərar verdi.

Rəhbərliyin hər kəsdə şok effekti yaradan bu addımı yerli publikanın da böyük narazılığı ilə qarşılanıb.

Tovuzlu futbolsevərlər etirazlarını klubun rəsmi feysbuk hesabında açıq bildiriblər.

Əksəriyyət təcrübəli mütəxəssisin "Turan"dan getməsinə təəssüfləndiyinə dilə gətirib.

Fanatlar buna görə rəhbərliyi sərt tənqid ediblər:

"Heyf. Bu qədər zəhmət çəkmişdi. Böyük bir planın əsas tərkib hissəsi idi. Zəhməti yarımçıq qaldı".

"Bilmirəm nə yazım. Görəsən, niyə?".

"Şok".

"Niyə belə? Ayxan Abbasov bu büdcə ilə, bu heyətlə maksimumu bacarmışdı".

"Klubun artıq peşəkar idarə edilməsinə şübhə edirəm".

"Gələn il aşağı liqaya iki klub düşəsi olsa, biri "Turan"dır".

"Sizə mənim sözüm yoxdur daha. Ayxanın əziyyəti burnunuzdan gəlsin".

"İnanıram ki, ağlı başında olan bir məşqçi "Turan"a gəlməyəcək".

"Səhv addımdır".

"İnanmağım gəlmir vallah".

"Təəssüf".

"Bəziləri elə sevinir ki, elə bil "Turan" Ayxan Abbasova qədər çempionluğa oynayırdı, o gələndən sonra uğursuz olub".

"Yanlış qərar. Gələn il çox güman ki, "Turan" liqada qalmaq uğurunda mübarizə aparacaq".

"Ayxan Abbasov, çəkdiyin əziyyətə görə çox sağ ol".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti