Azərbaycanda derbidən sonra ara qarışdı, məzhəb itdi - VİDEO

27 May 2024 23:00 Turan 954
Azərbaycanda derbidən sonra ara qarışdı, məzhəb itdi - VİDEO

Tovuzda baş tutan qərb derbisində qələbəyə sevinən tərəf meydan sahibləri oldu.

"Turan Tovuz" Otto Conun qolu sayəsində "Kəpəz"i üstələməyi bacardı.

Hakimin final fiti səslənən kimi sanki ip qırıldı, muncuqlar ətrafa səpələndi. Azarkeşlərin meydana axışmasını bu şəkildə təsvir etmək mümkündür.

Sevincdən məhəccərləri aşan gənc və yeniyetmə fanatların istəyi mövsümün sonuncu oyunundan sonra futboıçularla şəkil çəkdirmək, onların futbolkalarına qovuşmaq idi.

İstəyinə çata bilməyənlərin sayı, təbii ki, arzusuna qovuşanların sayından çox idi.

Bir sözlə, futboı adına maraqlı anlar idi. Sanki "Turan Tovuz" avrokuboklara vəsiqə qazanmışdı.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti