COP29

Aydınlıq gəldi - "Turan" əzəli rəqibin legionerinə "göz qoyub"?

19 May 21:40 Turan 1 547
Aydınlıq gəldi - "Turan" əzəli rəqibin legionerinə "göz qoyub"?

"Turan Tovuz"un "Kəpəz"in qolkiperi İqor Rodrigesi heyətinə cəlb etmək istəyində olması həqiqəti əks etdirmir.

Sadəcə portuqaliyalı qapıçı Qərb təmsilçisinə təklif olunub.

Bölgə klubu isə təklifə isti yanaşmayıb.

29 yaşlı legioner ötən ilin oktyabr ayından "Kəpəz"in şərəfini qoruyur.

O, bu klubda meydana çıxdığı 25 oyunda qapısından 45 qol buraxıb.

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda Tovuz təmsilçisinin İqor Rodrigesi heyətinə qatacağı iddia olunurdu.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"