COP29

Kapitan barmaq silkələdi: “Mən danışsam, çox “zəlzələlər” olacaq”

10 May 21:20 Turan 1 382
Kapitan barmaq silkələdi: “Mən danışsam, çox “zəlzələlər” olacaq”

Tovuzlu azarkeşlərin narazılıq dalğası yenidən baş qaldırıb.

Sevimli komandalarının son 3 oyunda məğlub olması etiraz edən tərəfdarların stadionda və sosial şəbəkələrdə əl-qolunu açıb.

Onlar büdcə baxımından yalnız “Kəpəz”ı qabaqlayan komandanı avrokuboklarda görmək arzusu ilə yaşayır. Bir qisim isə “Turan Tovuz”u baxımlı futbol oynamamaqda günahlandırır.

Etiraz dalğasının kim tərəfindən və niyə baş qaldırdığını kənardan müəyyən etmək çətin olsa da, Tovuzda yaşayanlar məsələdən xəbərdardır. Kapitan Kamal Bayramovun bildiyi kimi.

Təcrübəli qapıçı sosial şəbəkədəki qızğın müzakirələrin birinin rəy bölməsinə yazdığı şərhlə qaranlıq məqama aydınlıq gətirib:

“9 il oyun alğı-satqısı olanda, cənablar, niyə gəlib sorğu-sual etmədiniz?

Heç soruşmadınız, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi niyə futbolçulara cinayət işi açıb, sorğulayıb, futboldan ömürlük silib?

Niyə bunu o futbolçulardan soruşmadınız?

Vaxtilə oyun alverində iştirak edən bəzi keçmiş futbolçuların “Turan”a inkişaf yolu göstərməsi və yerli futbolçulara şans istəməsi gülüncdür.

Yerlilərdən təmiz qalanlar buradadır. Burada olmayanlar isə başqa komandalarda oynayırlar. Bu müzakirələrdə kimin məqsədi nədir, nə yöndədir, bu, aydın görünür.

Futbolçu olduğum üçün susub, kənardan izləyirəm. Çalışın bu sakitliyi qoruyum. Mən danışsam, çox zəlzələlər olacaq”.

“Turan Tovuz” 33 turdan sonra topladığı 42 xalla “Səbail”lə 6-7-ci yerləri bölüşür.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti