Qapını üzünə bağladılar - Bir zərbə vurdu, 3000 manat xərcə düşdü

8 May 2024 14:40 Turan 738
Qapını üzünə bağladılar - Bir zərbə vurdu, 3000 manat xərcə düşdü

"Turan Tovuz"un legioneri Roderik Miller üçün mövsüm başa çatıb.

Sportinfo.az xəbər verir ki, buna AFFA İntizam Komitəsinin panamalı müdafiəçini 4 oyunluq cəzalandırması səbəb olub.

32 yaşlı oyunçu "Zirə"yə 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXXIII turunun matçında təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Tovuz təmsilçisi legionerin bu hərəkəti ucbatından 3000 min manat cərimələnib.

"Zirə" isə cəmi 700 manat ziyana düşüb. Paytaxt klubunun 5 oyunçusu sözügedən görüşdə sarı vərəqə ilə cəzalandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi