COP29

Azərbaycan stadionunda kütləvi selfi - MARAQLI VİDEO

13 May 19:00 Turan 554
Azərbaycan stadionunda kütləvi selfi - MARAQLI VİDEO

“Turan Tovuz” –“Zirə” matçının (1:2) fasiləsi meydan sahiblərinin üzvü Sadiq Quliyev üçün elə də asan keçməyib.

Buna səbəb azyaşlı fanatlar olub.

Belə ki, ikinci yarının başlamasına az qalmış çox sayda azarkeş meydan sahiblərinin ehtiyat skamiyasının həndəvərinə toplaşıb.

İstəkləri təcrübəli futbolçunun onlarla selfi etməsi olub.

Məhəccərin digər tərəfində olan Quliyev nə qədər çətin olsa da çox sayda uşağın istəyinə yox deməyib.

O, hər kəsin telefonu ilə bir-bir selfi etməli olub.

Uzun çəkən prosesə sonda mühafizə xidmətinin əməkdaşlarının müdaxiləsilə son qoyulub.

Maraqlı görüntülərə səhnə olan əmin anlara aşağıdakı linkdə baxa bilərsiniz:

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!