COP29

“Neftçi” onları darmadağın etdi, maraqlı şərh verdi: “Nəsə var idi”

30 Aprel 23:00 Turan 541
“Neftçi” onları darmadağın etdi, maraqlı şərh verdi: “Nəsə var idi”

“Futboldur belə şeylər olur.

Qapımıza təyin olunan iki penalti, göstərilən qırmızı vərəqə - bunlar məğlubiyyətə səbəb oldu”.

“Turan Tovuz”un qapıçısı Aydın Bayramov Sportinfo.az-a açıqlamasında komandasının “Neftçi”yə böyükhesablı məğlubiyyətini (0:3) şərh edib.

Tovuzlu azarkeşlər qərb təmsilçisinin məğlub olmasını baş hakim Rəvan Həmzəzadənin yanlış qərarları ilə əlaqələndirir, hətta onu təhqir etməkdən belə çəkinmirdilər.

Maraqlıdır, Aydın bu barədə nə düşünür? Həqiqətənmi Həmzəzadə “Turan Tovuz”a qarşı qərəzli idi?

“Epizodların təkrarına baxmadan dəqiq nəsə demək mümkün deyil. Qırmızı vərəqə epizodu məndən uzaqda - “Neftçi”nin cərimə meydançasının daxilindəydi deyə, tam görə bilmədim.

İkinci penalti epizodunda VAR-a baxandan sonra qərar verdi. VAR-a baxandan sonra 11 metrlik nöqtəni göstərdisə, demək ki, nəsə var idi.

Məğlubiyyətin əsas səbəbini itkilərin çoxluğunda və yol verdiyimiz səhvlərdə görürəm”.

“Turan Tovuz” 32 turdan sonra topladığı 42 xalla “Səbail”lə 6-7-ci yerləri bölüşür.

Bölgə təmsilçisi 33-cü turda doğma meydanda “Zirə”ni qəbul edəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti