COP29

Klub patronu: “Bu saatdan sonra nə büdcəmiz var, nə də zamanımız”

23 Aprel 20:00 Turan 955
Klub patronu: “Bu saatdan sonra nə büdcəmiz var, nə də zamanımız”

“Açığı, örtüyün dəyişdirilməsini çox istəyirik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev deyib.

Ötən ilin əvvəlində doğma rayonunun klubunu öz himayəsinə götürən iş adamı bilidirib ki, stadionun süni örtüyünü dəyişdirmək istəyir.

Çünki areanın İndiki halı ilə avrokuboklar üçün sertifikat alması çətin görünür:

“Hansı kateqoriyalı stadion olduğunu müəyyənləşdirmək üçün xaricdən ekspertlər dəvət etmişik. Ciddi ödəniş məhz bu sertifikata görə idi.

Lakin bu saatdan sonra yenilənmə işi üçün nə büdcəmiz var, nə də zamanımız.

Avrokuboklara vəsiqə qazanılsa, 1-2 ev oyununu Tovuzda keçirmək mümkündür”.

Digər Xəbərlər
Xəbər Lenti