Azərbaycanda tanınmış klub adını dəyişir - SON DƏQİQƏ

22 Aprel 13:00 Turan 10 835
Azərbaycanda tanınmış klub adını dəyişir - SON DƏQİQƏ

“Turan Tovuz” əvvəlki adına qayıdacaq. Lakin “Turan”ın hüquqi varisi kimi yox.

Bu barədə Sportinfo.az-a klubun sopnsor şirkəti “Huner Group”un rəhbəri Ehtiram Quliyev məlumat verib.

İş adamı artıq bu məsələ ilə məşğul olduqlarını, dəyişikliyi həyata keçirmək üçün bir müddət gözlədiklərini bildirib:

“Tək Tovuza bağlı qalmaq “Turan”ın adına və böyüklüyünə yaraşmaz. Biz qərbin komandasıyıq. Hətta bütün türk dünyasının komandası olmaq iddiasındayıq.

Lisenziyalaşdırma mərhələsində problem olar deyə, bu il bu yöndə addım ata bilmədik. Gələn mövsüm üçün çalışmalara başlayacağıq. Məqsədimiz yolumuza “Turan” Futbol Klubu kimi davam etməkdir.

Keçmiş “Turan” şirkət idi, biz isə qeyri-hökümət təşkilatıyıq. Biz onların hüquqi varisi sayılmayacağıq. O vaxtkı “Turan”ın mənəvi irsini hər zaman daşıyırıq, amma ad dəyişikliyi sırf “Turan Tovuz”la bağlı olacaq”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti