Baş məşqçinin “təcili yığıncağ”ı – Alqış kimə idi?

20 Aprel 21:20 Turan 700
Baş məşqçinin “təcili yığıncağ”ı – Alqış kimə idi?

“Turan Tovuz” Qəbələ səfərindən hava-su qədər vacib 3 xalla döndü.

Qərb təmsilçisi ikinci hissənin əvvəlində hesabda geri düşsə də, oyunun sonlarına yaxın vurulan 2 qolla xalların sayını 42-yə yüksəldib “avrokubok mübarizəsində sona qədər varam” dedi.

Matç başa çatandan sonra bir məqam diqqətimizdən yayınmadı. Baş məşqçi Ayxan Abbasov meydanın bir tərəfində futbolçuları başına yığıb təxminən 1 dəqiqə söhbət etdi ki, yekunda həmin yerdən alqış sədaları eşidildi.

Bu cür hallarla bəzən rastlaşsaq da, bu dəfəki “həna o hənadan deyildi”.

Oyun başa çatandan sonra Xəyal Nəcəfovla söhbətdə “təcili yığıncağ”ın səbəbini soruşduq:

“Ayxan müəllim komandanı təbrik etmək üçün bizi ora yığmışdı. Dedi, bu gün uduzsaydınız da, göstərdiyiniz xarakterə görə sizi təbrik edəcəkdim. Uğurlar arzulayıb, yola bu cür davam etməyi söylədi.

Biz də baş məşqçinin özümüzə qarşı inamına və dediyi sözlərə görə onu alqışladıq. Söhbət sırf bu yöndə idi, başqa heç nə”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti