Rusiyadan Premyer Liqa klubuna 8 min pul göndərdi, xahiş etdi ki...

18 Aprel 20:00 Turan 1 233
Rusiyadan Premyer Liqa klubuna 8 min pul göndərdi, xahiş etdi ki...

Rusiyada yaşayan iş adamı “Turan Tovuz”a ianə edib.

Adının açıqlanmasını istəməyən əslən tovuzlu olan həmin şəxs klubun hesabına 8 min manat köçürüb.

“Turan Tovuz”un cari mövsümdə xoş təsir bağışlaması soydaşımızın kluba kömək etməkdə həvəsləndirib. O, göndərdiyin vəsaitin klubun hansısa xərcinin qarşılanması üçün edib.

Əvəzində rəhbərlikdən bir ricası olub. İş adamı xahiş edib ki, Tovuza gələndə ona məşqçi və futbolçu heyəti ilə görüşmək imkanı yaradılsın. Onlara ürək sözlərini çatdırmaq üçün.

Belə futbol aşiqlərinə eşq olsun!

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti