“Avrokuboklara vəsiqəni xəyal etmirik” – Bəs, o sevincin səbəbi nə idi?

15 Aprel 2024 20:40 Turan 753
“Avrokuboklara vəsiqəni xəyal etmirik” – Bəs, o sevincin səbəbi nə idi?

“Turan Tovuz” çətin Qəbələ səfərindən 3 xalla ayrılmağı bacardı.

İlk hissənin əvvəlində meydan sahibləri hesab açsalar da, oyunun sonuna yaxın Aleks Souza ilə Belajdi Pusi komandaya qələbə gətirən qolları vurdular.

Son vaxtlar inamlı oyunu ilə diqqət çəkən Xəyal Nəcəfov Sportinfo.az-a müsahibə verib.

- İlk hissədə sanki oyununuz istədiyiniz kimi getmirdi.

- Hər şey yaxşı idi. Hücumlar edirdik, qol epizodları yaradırdıq, mübarizə aparırdıq, bunun nəticəsi kimi penalti vurmaq imkanı qazandıq. Sadəcə, qol çatışmırdı. Fasilədən sonra əzmkarlığı davam etdirib istəyimizə çatdıq.

- Oyunun taleyini kim, yaxud nə həll etdi?

- Əvəzetmələr və döyüşkənlik. Ayxan Abbasovun dəyişikliklərini gördünüz. Meydana sonradan çıxan Otto Con birinci qolun ötürməsini verdi, Belajdi Pusi isə qələbə topunu vurdu. Fikrimcə, göstərdiyimiz xarakter işimizə yaradı. “Qəbələ” kimi rəqibə qarşı xarakter göstərməlisən. Çünki əzmkar komandadır.

- Bu qələbədən sonra avrokuboklar üçün nəzərdə tutulan vəsiqəyə doğru iri addım atdığınızı düşünürsən?

- Bu gün əsas məqsədimiz bacardığımız qədər yuxarı qalxmaq və azarkeşlərimizi sevindirməkdir. Oturub avrokuboklara vəsiqəni xəyal etmirik. Alınsa, əla olar, alınmasa da, yolumuza davam edəcəyik.

- Kənardan avrokuboklara istəkli olduğunuz görünür axı. “Qəbələ”ni məğlub edəndən sonra komandadakı ab-hava da adi sevinc hissi deyildi.

- İstənilən komanda 0:1 məğlub olduğu halda sona yaxın 2 qol vurub qələbə qazansa, qalibiyyəti bu cür qeyd edər. Əlbəttə, hər bir futbolçu ölkəsini beynəlxalq arenalarda təmsil etmək istəyir. Lakin bizim qarşımızda konkret belə bir məqsəd yoxdur. Biri var qarşında hədəf var və sırf onun üçün oynayırsan, biri də var sakit şəkildə öz oyununu göstərirsən. Biz ikinci qrupa aidik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”