Premyer Liqa klubu sıxıntılar içində - Vacib oyundan öncə

12 Aprel 2024 22:05 Turan 1 108
Premyer Liqa klubu sıxıntılar içində - Vacib oyundan öncə

Konfrans Liqasına vəsiqə qazanmaq həvəsində olan “Turan Tovuz” səfərdə “Qəbələ”nin qonağı olacaq.

Qərb təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq.

Cari mövsümdə bütün oyunların iştirakçısı olmuş Alexandro Serrano cəzalı olduğu üçün oynaya bilməyəcək.

Veysəl Rzayev, Fərid Yusifli, Rojerik Miller və Eltun Turabov zədə səbəbindən meydana çıxmağa məhrumdur. Ötən həftə “Sabah”la oyunda zədəli olduğu üçün oynamayan Ayxan Hüseynov məşqlərə start versə də, meydana çıxacağı sual altındadır.

Yarımmüdafiənin mərkəzində Alexandro, Fərid, Veysəl kimi vacib fiqurların xidmətindən yararlana bilməyəcək Ayxan Abbasovun bu mövqe üçün hansı seçim edəcəyi maraq doğurur.

Aprelin 13-də keçiriləcək “Qəbələ” – “Turan Tovuz” qarşılaşması saat 16.30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM