Premyer Liqada 20-ci...

10 Aprel 2024 12:40 Turan 517
Premyer Liqada 20-ci...

Premyer Liqanın XXIX turunun “Sabah”la oyunundakı qələbə “Turan Tovuz” üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, 2:0 hesabı ilə qalib gələn qərblilər 20-ci qələbəsini əldə edib.

Premyer Liqada ötən mövsüm debüt edən Tovuz təmsilçisi bu yubileyi 65-ci oyununda rəsmiləşdirib.

Tovuzlular 11 dəfə evdə, 9 dəfə səfərdə üç xal qazanıblar. Bölgə təmsilçisi Azərbaycan çempionatları tarixinə ən azı 20 qələbə qazanan 39-cu komanda kimi düşüb.

“Turan Tovuz”un Premyer Liqadakı ilk qələbəsi 2022-ci il avqustun 13-nə təsadüf edib. Qərblilər səfərdə “Səbail”i 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”